Daha iki pilot Qran-pridə mübarizəni dayandırdı - YENİLƏNİB
Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi davam edir.
1news.az-ın məlumatına görə, Daniil Kvyatın ardınca “Toro Rosso” komandasının digər pilotu Karlos Saynz da mübarizəni dayandırıb. Onun mübarizədən kənarlaşmasına səbəb asqıdakı problem olub.
Ondan başqa, “Manor”un pilotu Paskal Verlyayn da əyləcdə problem üzündən yarışda iştiraka son verib.
18:19
Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi davam edir.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Toro Rosso” komandasının pilotu Daniil Kvyat texniki problemlərə görə, yarışda iştirakını vaxtından əvvəl başa vurub.
Qeyd edək ki, pilotlar artıq Bakı şəhər halqasında 34-cü dövrəni yerinə yetiriblər.
Trek üzrə ən yaxşı göstərici “Mercedes”in pilotu Niko Rosberqə məxsusdur - 1 dəqiqə 48,539 saniyə. İkinci və üçüncü yerlərdə “Ferrari”nin sürücüləri Sebastian Fettel və Kimi Raikonnendir.
1news.az