Niko Rosberq Formula-1 Avropa Qran-prisinin qalibi oldu | 1news.az | Xəbərlər
FORMULA 1

Niko Rosberq Formula-1 Avropa Qran-prisinin qalibi oldu

18:58 - 19 / 06 / 2016
Niko Rosberq Formula-1 Avropa Qran-prisinin qalibi oldu

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin qalibinin adı məlum olub.

1news.az-ın məlumatına görə, mötəbər yarış “Mercedes”in pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub.

İkinci yeri “Ferrari”nin pilotu ”Sebatian Fettel, üçüncü yeri isə isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub.

Mükafatçılara kuboku prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının prezidenti İlqar Ələkbərov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.

1news.az

 

Paylaş:
1316

Son xəbərlər

Bütün xəbərlər