“Neftçi” 5 futbolçusu ilə yollarını ayırdı
Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” müqaviləsi bitmiş 5 futbolçu ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
1news.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Aqil Məmmədov, Erik Ramos, Antonio Salas Quinta, Juan Alberto Melli və Nikolas Kanalesdir.
Bununla yanaşı Məhəmməd Qurbanov və Mirabdulla Abbasovun da digər kluba keçidi ilə bağlı proses hazırda davam edir.
1news.az
796