Bakıda Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku keçirilir
Bu gün Bakı şəhərində 15 olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışına (ISSF WORLD CUP 2016 ) start verilib.
1news.az-ın məlumatına görə, iyunun 29-da başa çatacaq yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə Baki Atıcılıq Mərkəzində baş tutacaq.
Dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışında 80 ölkədən 1013 idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir.
20-29 iyun tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı “ISSF TV” vasitəsilə dünyanin bir çox olkələrdə canlı yayımlanacaq.
16-23 sentyabr ərzində isə “Qəbələ” atıcılıq klubunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək.
Qeyd edək ki, bu yarışlar 2016-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur.
1news.az