AVRO-2016: Fransa və İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

AVRO-2016: Fransa və İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə – FOTO – VİDEO

11:13 - 20 / 06 / 2016
AVRO-2016: Fransa və İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə – FOTO – VİDEO

AVRO-2016-nın qrup mərhələsində sonuncu tura start verilib.

1news.az-ın məlumatına görə, A qrupunda iki qarşılaşma baş tutub.

1/8 finala vəsiqəni təmin etmiş Fransa İsveçrə ilə qarşılaşıb. Qolsuz bərabərliklə başa çatan görüş meydan sahiblərinin ardınca İsveçrə yığmasını da 1/8 finala çıxardıb.

Günün digər oyununda isə Rumıniya və Albaniya milliləri üz-üzə gəlib. Oyun albanların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Albaniyanı oyuna kapitan sarğısı ilə çıxaran “Qarabağ”ın futbolçusu Ansi Aqolli 90 dəqiqə meydanda olub. 

 

Avropa çempionatı

Qrup mərhələsi

III tur

19 iyun

 

A-qrupu

Fransa - İsveçrə - 0:0

Rumıniya - Albaniya - 0:1

Qol: Sadiku, 43

 

1news.az

 

Paylaş:
938

Son xəbərlər

Xalq Bank 20 il

08 / 01 / 2025, 16:42
Bütün xəbərlər