Azərbaycanın İsveçrədəki səfirinin “Neue Zürcher Zeitung” qəzetində “Dağlıq Qarabağla bağlı şərhlər” adlı məqaləsi çap edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın İsveçrədəki səfirinin “Neue Zürcher Zeitung” qəzetində “Dağlıq Qarabağla bağlı şərhlər” adlı məqaləsi çap edilib

20:07 - 21 / 06 / 2016
Azərbaycanın İsveçrədəki səfirinin “Neue Zürcher Zeitung” qəzetində “Dağlıq Qarabağla bağlı şərhlər” adlı məqaləsi çap edilib

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallının həmin ölkənin “Neue Zürcher Zeitung” qəzetində “Dağlıq Qarabağla bağlı şərhlər” adlı məqaləsi çap edilib.

1news.az-a səfirlikdən verilən xəbərə görə, məqalə Stefan Müllerin sözügedən qəzetdə çap edilmiş “Mübahisəli Dağlıq Qarabağ: Qafqazın düyünü” adlı qərəzli məqaləsinə cavab olaraq yazılıb.

Məqalədə səfir Əkrəm Zeynallı 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyunca yaşayış məntəqələri və mülki əhalini ağır artilleriya atəşinə məruz qoyduğunu, nəticədə mülki əhali arasında ölənlərin olduğunu, Azərbaycan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində cavab tədbirləri gördüyünü bildirib.

Səfir qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni yerləşməsi hazırkı təhlükəli vəziyyətin əsas səbəbidir və regional sülh və sabitliyi təhlükə altına qoyur. Müxtəlif təxribatlar və vəziyyəti gərginləşdirməklə, habelə işğal olunmuş ərazilərdə hərbi mövcudluğu artırmaqla, ərazilərin demoqrafik və mədəni xüsusiyyətlərini dəyişmək cəhdləri ilə, eləcə də burada qeyri-qanuni iqtisadi fəaliyyətlə Ermənistanın açıq-aşkar şəkildə Azərbaycan ərazilərini ilhaq etmək niyyəti güddüyünü vurğulayıb.

Səfir Əkrəm Zeynallı status-kvonun yolverilməzliyi və kövrəkliyi faktını ATƏT-in Minsk Qrupunun da təsdiq etdiyini bildirib. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədən irəli gələn tələbləri, həmçinin digər beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaq ardına vurduğunu qeyd edib.

1news.az

Paylaş:
384

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər