“Kəpəz” “Daçiya” ilə sülh bağladı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Kəpəz” “Daçiya” ilə sülh bağladı – FOTO – VİDEO

10:16 - 29 / 06 / 2016
“Kəpəz” “Daçiya” ilə sülh bağladı – FOTO  – VİDEO

Dünən Azərbaycan klubları üçün Avrokubok mövsümünə start verilib.

1news.az-ın məlumatına görə, ilk olaraq mübarizəyə Gəncənin “Kəpəz” klubu qoşulub.

Şahin Diniyevin yetirmələri Avropa Liqasının I təsnifat mərhələsinin ilk qarşılaşmasında Moldovanın “Daçiya” klubu ilə üz-üzə gəliblər.

Bakıdakı “Dalğa Arena” stadionunda baş tutan görüş qolsuz bərabərlikıə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 7-də, Bakı vaxtı ilə saat 19:00-da, Speya stadionunda keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

28 iyun

“Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova) - 0:0

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)

Bakı, “Dalğa Arena”

1news.az

 

Paylaş:
963

Son xəbərlər

Bütün xəbərlər