Azərbaycan QHT-ləri Norveçin “Forum 18” təşkilatını Taleh Bağırovu “vicdan məhbusu” adlandırmasında qınayır | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan QHT-ləri Norveçin “Forum 18” təşkilatını Taleh Bağırovu “vicdan məhbusu” adlandırmasında qınayır

10:32 - 30 / 06 / 2016
Azərbaycan QHT-ləri Norveçin “Forum 18” təşkilatını Taleh Bağırovu “vicdan məhbusu” adlandırmasında qınayır

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları (QHT) Norveçin “Forum 18” təşkilatına müraciət ünvanlayıb.

1news.az həmin müraciəti olduğu kimi diqqətinizə çatdırır:

“Son illər insan hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının Azərbaycana qarşı münasibətdə nümayiş etdirdiyi mövqe təəssüflər olsun ki, daha çox qərəz, məsələlərə birtərəfli yanaşma, mövzunu yetərincə araşdırmamaq kimi mənfi hallara söykənir. Belə nümunələrdən biri də təşkilatınızın rəsmi olaraq qəsdən adam öldürmə, terrorçuluq, kütləvi iğtişaş cinayətlərini törətməkdə ittiham olunan Taleh Bağırovu vicdan məhbusu elan etməsi ilə bağlıdır.

Nəzərinizə çatdırmaq istərdik ki, sizin vicdan məhbusu elan etdiyiniz Taleh Bağırov tərəfdaşları ilə birlikdə “Müsəlman Birliyi” adlı hərəkat, əslində isə mütəşəkkil cinayətkar dəstə yaradaraq bu dəstə üzvlərini müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz etmiş, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi, bütövlükdə konstitusiya quruluşunu dəyişdirməklə şəriət qanunları ilə idarə olunan  dini dövlətin yaradılmasını planlaşdırıb. T.Bağırovun başçılıq etdiyi radikal silahlı qrup paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək ölkə əhalisini hakimiyyət əleyhinə səfərbər etməyin yollarını müzakirə edib, bununla bağlı  çağırış vərəqələri paylayıb.

2015-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində qanunla müəyyən edilmiş qaydada xüsusi əməliyyat tədbirləri keçirilən zaman cinayətkar dəstənin üzvləri polis əməkdaşlarına avtomat silahlardan atəş açmış, əl qumbarası atmış, nəticədə xidməti vəzifələrini yerinə yetirən 2 polis əməkdaşı qətlə yetirilib. Xüsusi əməliyyat zamanı cinayətkar dəstənin 4 üzvü də zərərsizləşdirilib. 

Mövzu ilə əlaqədar oxuyun:

Nardaranda keçirilən əməliyyat zamanı 2 polis həlak oldu, 14 nəfər tutuldu

Hadisə yerindən cinayətkar dəstənin üzvlərinə məxsus xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb, Taleh Bağırov başda olmaqla dəstənin digər üzvləri saxlanılaraq istintaqa cəlb edilib.

Biz QHT-lər olaraq qəsdən adam öldürmə və digər zorakı xarakterli cinayət əməlləri törətmiş radikal silahlı dini qrupun üzvlərinin və onun başçısı Taleh Bağırovun vicdan məhbusu elan olunmasını tamamilə qəbuledilməz hesab edirik. Necə ola bilər ki, 6 şəxsin həlak olmasına gətirib çıxaran terrorçuluq əməllərinin təşkilində bilavasitə iştirak etmiş, çox sayda vətəndaşın həyatı üçün təhlükə yaratmış şəxs “vicdan məhbusu”na çevrilsin?!

Mövzu ilə əlaqədar oxuyun:

Prezident İlham Əliyev şəhid olan polisləri təltif etdi

Dünyanın müxtəlif ölkələrində, xüsusilə Yaxın Şərqdə radikal dini cərəyanların fəal iştirakı ilə həyata keçirilən vətəndaş müharibəsi nəticəsində yüzminlərlə dinc insanın həlak olması fonunda Azərbaycanda analoji dini qrupun nümayəndəsinə qarşı Norveçin “Forum 18” təşkilatının göstərdiyi münasibət təəssüf və hiddət doğurur.

Hər il dünya miqyaslı müxtəlif humanitar forumlara, beynəlxalq idman yarışmalarına ev sahibliyi edən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna qısqanclıqla yanaşan dairələrin ağır cinayət əməli törədən şəxsləri belə “vicdan məhbusu” elan etmək cəhdlərinə Azərbaycan vətəndaş cəmiyyəti institutları olaraq birmənalı şəkildə etirazımızı bildiririk.

İnsan hüquqlarının müdafiəçisi olan bütün beynəlxalq institutları hadisələrin mahiyyətini təhrif etməkdən, ölkəmizə qərəzli münasibət bəsləməkdən çəkinməyə çağırırıq”.

1news.az

Paylaş:
554

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər