“Qəbələ” Gürcüstan klubunun qapısından 5 top keçirdi – FOTO | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” Gürcüstan klubunun qapısından 5 top keçirdi – FOTO

09:54 - 01 / 07 / 2016
“Qəbələ” Gürcüstan klubunun qapısından 5 top keçirdi – FOTO

“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyununu keçirib.

1news.az-ın məlumatına görə, ötən mövsüm 4 mərhələ adlayaraq tarix yazan və qrupa qədər irəliləyən “qırmızı-qaralar”ın bu dəfə ilk rəqibi Gürcüstan təmsilçisi “Samtredia”dı.

Bakıda baş tutan ilk görüş Roman Qriqorçukun komandasının böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

30 iyun

“Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:1

Qollar: Stankoviç, 16, Zenyov, 19, Uiks, 30, 69, 72 - Şergelaşvili, 58

Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Yuri Xomçenko, Sergey Tsinkeviç (hamısı Belarus)

Bakı. 8-ci km qəsəbə stadionu

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 7-də keçiriləcək.

1news.az

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər