UEFA yeni reytinq cədvəlini açıqlayıb | 1news.az | Xəbərlər
Futbol

UEFA yeni reytinq cədvəlini açıqlayıb

12:04 - 01 / 07 / 2016
UEFA yeni reytinq cədvəlini açıqlayıb

UEFA komandaların yeni reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, Avropa Liqasının dünən keçirilən qarşılaşmalarında Azərbaycan klubları daha 0,500 xal qazanıb.

Bu yarım xal “Neftçi” və “Qəbələ”nin I təsnifat mərhələsinin ilk oyunlarındakı qələbələri sayəsində gerçəkləşib. Sonuncular evdə Gürcüstan “Samtredia”sını 5:1, bakılılar səfərdə Malta “Baltsan”ını 2:0 hesabı ilə yenib. Bu qələbələrin hərəsi ölkəmizə 0,250 xal qazandırıb.

Bundan öncə Moldova “Daçiya”sını uda bilməyən “Kəpəz”in 0,125 xal əldə etdiyini nəzərə alsaq, cari mövsümün qazancı 0,625 olub. Son 5 mövsümün nəticəsinə görə hesablanan əmsalımız 14,125-ə yüksəlib.

Hazırda Azərbaycan UEFA-nın reytinqində 24-cü pillədə qərarlaşıb.

Siyahıya isə İspaniya başçılıq edir. Sonrakı yerlərdə Almaniya, İngiltərə, İtaliya, Fransa, Portuqaliya, Rusiya, Ukrayna, Belçika qərarlaşıb. İlk onluğu Türkiyə qapayır.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər