Anjey Kasprşik: "Ofisimiz genişləndirilir "
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin komandasının səlahiyyətlərinin genişləndirilmə məsələsi dəqiqləşdirmə mərhələsindədir.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Tert.am-a müsahibəsində bildirib.
Komandanın təxminən nə vaxt genişləndiriləcəyi ilə bağlı sualı cavablayarkən A.Kasprşik, bunun hər şeyin dəqiqləşdirildiyindən sonra baş tutacağını bildirib.
Araşdırma mexanizmlərinin tətbiqi ilə bağllı verilən suala A.Kasprşik bu məsələnin onun ofisinin genişləndirilməsi ilə bağlı olmadığını vurğulayıb: “Mən bu məsələ ilə məşğul olmuram, buna görə də cavab verə bilmərəm. Bununla ATƏT-in katibliyi, ATƏT-in Minsk qrupu məğul olur”.
1news.az