Mübariz Əhmədoğlu: “Vatikan üçün Ermənistan və Dağlıq Qarabağ fərqli ərazilərdir” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Vatikan üçün Ermənistan və Dağlıq Qarabağ fərqli ərazilərdir”

12:54 - 01 / 07 / 2016
Mübariz Əhmədoğlu: “Vatikan üçün Ermənistan və Dağlıq Qarabağ fərqli ərazilərdir”

Roma Papası Fransiskin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq dini ictimaiyyət tərəfindən qavranılması istiqamətində xeyli maraqlı nəticələr ortalığa qoydu.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Roma Papası Fransiskin Ermənistana səfərini şərh edərkən deyib:

Xristian təşkilatlarının 10 ilə yaxındır ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanın maraqlarına cavab verən qərarlar qəbul etmədiyini deyən politoloq bildirib ki, beynəlxalq xristian təşkilatları üçün Ermənistanın Türkiyə ilə münasibətləri Ermənistanın Azərbaycanla münasibətlərindən fərqlidir:

“Azərbaycan rəhbərliyinin və Heydər Əliyev Fondunun apardığı iş özünü göstərir. Vatikan həm öz arxivindəki materiallara görə, həm Azərbaycan rəhbərliyinin apardığı işlər əsasında Dağlıq Qarabağ münaqişəsinin genezisi və indiki vəziyyəti ilə bağlı xeyli məlumatlara malikdir. Ona görə ermənilər Papa Fransiskin Ermənistana səfəri ərəfəsində təbliğat üçün xeyli resurs sərf etsələr də, Roma Papasının Ermənistana səfərində Dağlıq Qarabağ məsələsinə demək olar ki, toxunulmadı. Yalnız bir neçə yerdə, o da yalnız Dağlıq Qarabağ regionuna sülh gəlməsi kontekstindən fikirlər səsləndirildi.

Əslində elə bu fikirlərin də mahiyyəti ondan ibarətdir ki, indiki vəziyyəti Dağlıq Qarabağ regionu üçün sülhün gəlməsi vəziyyəti kimi təqdim eləmək düzgün deyil. Roma Papasının dediyindən belə alınır ki, indiki vəziyyət qəbuledilməzdir. Mütləq indikindən fərqli vəziyyət yaranmalıdır. Yəni, ermənilərin Dağlıq Qarabağda yaratdığı vəziyyəti Roma Papası qəbul etmir”.

Bununla belə ermənilərin Vatikanı Dağlıq Qarabağ münaqişəsinə qoşmaqdan ötrü kifayət qədər ciddi səylər ediklərini deyən M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın kürəkəni Mikail Minasyanın Vatikana səfir təyin olunmasının ən əsas məqsədlərindən biri də məhz Vatikanın Dağlıq Qarabağ məsələsinə mövqeyini dəyişməkdir:

“Minasyanın səfir təyinatı Azərbaycanın Vatikanla əlaqələrinin aktivlik dövrünə düşdü. Görünür, indi Vatikanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildiklərinə inamı o qədər güclüdür ki, hətta Ermənistan prezidentinin ailəsinin üzvü onları dəyişə bilmir. Eləcə də erməni saxtakarlığı, ermənilərin tarixi saxtalaşdırması özünü katolisizm prizmasından Dağlıq Qarabağ məsələsində də göstərib.

Uydurma erməni tarixçilərinin yazdığına görə, guya hətta XVIII əsrdən Dağlıq Qarabağda katoliklər olub. O katoliklər Sankt-Peterburq tərəfindən idarə olunub və nəhayət ki, katoliklərin bütün dünya ilə, o cümlədən Vatikanla əlaqəsi olub. Amma Roma Papasının Ermənistana səfəri zamanı hətta yalan danışmaqda bütün cəsarətlərini nümayiş etdirmiş ermənilər o faktları ortalığa qoya bilmədilər. Baş verənlər göstərir ki, Ermənistanın Dağlıq Qarabağ məsələsindəki mövqeyi xoruz mövqeyidir. Xoruz yalnız toyuqların yanında özünü şişirdir, gücünü göstərir”.

Roma Papası Fransiskin Azərbaycana səfərinin gözlənildiyini deyən politoloq bildirib ki, səfər zamanı Ermənistanla Azərbaycan arasında qaçqın və məcburi köçkün probleminin həlli çox vacib məsələdir:

“Hazırda dünyanın ən böyük problemi miqrasiya problemidir. Ermənilər müasir mərhələdə, yəni keçmiş SSRİ-nin dağılması, dünyanın yeni geosiyasi formata keçməsi ərəfəsində ilk qaçqın dalğasını yaratdılar. 1987-ci ilin dekabrında üç gün ərzində 240 min azərbaycanlını Ermənistan SSRİ-nin ərazisindən deportasiya etdilər. Üstündən iki il keçdikdən sonra artıq Dağlıq Qarabağ ətrafındakı ərazilərdən azərbaycanlılar qovulması başlandı. Dağlıq Qarabağın özündə ermənilər Xocalı soyqırımını törətdilər. Az sonra isə təxminən 700 mindən çox azərbaycanlı Dağlıq Qarabağ ərazisindən məcburi köçkün vəziyyətinə salındı, qovuldu. İndiki geosiyasi formatda, postSSRİ dövründə Ermənistan miqrasiya probleminin, məcburi köçkün, qaçqın probleminin səbəbkarıdır.

Roma Papasının Azərbaycana səfəri zamanı Ermənistanla Azərbaycan arasında qaçqın və məcburi köçkün probleminin həlli çox vacib məsələdir. Əgər Ermənistanda Roma Papasına, xristian dininə hörmət varsa onlar Roma Papasının Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanı yaranmış məcburi qaçqın və köçkün probleminin həllinə razılıq verəcəklər. Əks təqdirdə bəlli olacaq ki, ermənilərin nəinki Roma Papasına, ümumilikdə xristian dünyasına münasibəti saxtadır.

Ermənilər hər yerdə sərbəst yerdəyişmə hüququndan danışırlar, bunu Avropanın, xristianlığın əsas dəyəri elan edirlər. Amma özləri Ağdamın bir kəndindən digər kəndinə azərbaycanlıların getməsinə icazə vermirlər. Hər halda Poma Papası Fransisk üçün bu ciddi göstərici ola bilər”.

1news.az

Paylaş:
723

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər