Azərbaycan parlament nümayəndə heyətinin ATƏT PA-da daha bir təklifi qəbul olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan parlament nümayəndə heyətinin ATƏT PA-da daha bir təklifi qəbul olunub

16:38 - 03 / 07 / 2016
Azərbaycan parlament nümayəndə heyətinin ATƏT PA-da daha bir təklifi qəbul olunub

ATƏT PA-nın 25-ci sessiyası çərçivəsində iyulun 3-də bu qurumun təşkilatın demokratiya, insan haqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib. İclasda komitənin qəbul edəcəyi qətnamənin layihəsi müzakirə olunub.

Layihədə ATƏT regionunda insan haqlarının vəziyyəti, qaçqın, məcburi köçkün və miqrantların hüquq və azadlıqlarının müdafiəsi, onların problemlərinin həlli və s məsələlər əksini tapıb.

İclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin təklifi ilə layihəyə bir bənd əlavə olunub.

Azərbaycan Milli Məclisinin deputatı, nümayəndə heyətinin üzvü Kamran Nəbizadə çıxışında deyib ki, beynəlxalq təcrübədə miqrant qadın və uşaqlar əhali qrupunun digər kateqoriyaları ilə eyni hüquqa malikdirlər. Ona görə də onların hüquq və azadlıqlarının qorunması da bu sənəddə əksini tapmalıdır. Milli Məclisin deputatının irəli sürdüyü təklifdə deyilir: “Miqrant qadın və uşaqlar beynəlxalq praktikada və normativ aktlarda eyni hüquqi statusa malikdirlər və hər iki miqrant kateqoriyasının hüquqlarının müdafiəsi, bu əhali kateqoriyası ilə bağlı problemlərin həlli çox vacibdir. Miqrant qadın və uşaqların hüquqları bu sənədin tələblərinə uyğun olaraq qorunmalıdır”.

Deputatın sözlərinə görə, bu düzəliş miqrantlara lazımi diqqətin ayrılmasını təmin edəcək.

Azərbaycanın nümayəndə heyətinin təklif etdiyi düzəliş yekdilliklə qəbul olunub.

AZƏRTAC

Paylaş:
328

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər