Azərbaycanın məscidlərində Atatürk Hava Limanında baş verən terror qurbanları anılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın məscidlərində Atatürk Hava Limanında baş verən terror qurbanları anılıb

14:05 - 04 / 07 / 2016
Azərbaycanın məscidlərində Atatürk Hava Limanında baş verən terror qurbanları anılıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədə - İstanbulun Atatürk Hava Limanında baş verən terror hadisəsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, baş nazir Binəli Yıldırıma və diyanət işləri başqanı, müfti Mehmet Görməzə başsağlığı məktubları yollayıb.

1news.az-a QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, məktublarda şeyxülislam təəssüf və hiddətini ifadə edərək qardaş türk xalqına başsağlığı diləklərini çatdırıb.

Qeyd edək ki, ötən həftənin cümə günü Azərbaycanın bütün məscidlərində cümə namazları və moizələri Atatürk Hava Limanındakı terror qurbanlarına həsr olunub.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Hava Limanının girişində və terminalın parklanmasında kamikadze odlu silahdan atəş açaraq partlayıcı qurğunu işə salıb.

Mövzu ilə əlaqədar oxuyun:

Türkiyədə matəm elan olundu

1news.az

 

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər