Yeni video: terrorçu Atatürk aeroportuna daxil olmağa çalışır – FOTO – VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Yeni video: terrorçu Atatürk aeroportuna daxil olmağa çalışır – FOTO – VİDEO - YENİLƏNİB

15:03 - 29 / 06 / 2016
Yeni video: terrorçu Atatürk aeroportuna daxil olmağa çalışır – FOTO – VİDEO - YENİLƏNİB

Sosial şəbəkələrdə İstanbulda baş verən terror aktının yeni videosu yayılıb.

Videodan da aydın görünür ki, kamikadze İstanbulun Atatürk Hava Limanın beynəlxalq terminalına daxil olmağa çalışır. Bu zaman aeroprtda olan insanlar təlaş içində qaçmağa başlayır. 

Daha əvvəl terrorçunun özünü partlatması videosu da yayılmışdı.

Türkiyənin rəsmi orqanları yayılmış video ilə bağlı açıqlama vermir.

14:52

İstanbulun Atatürk Hava Limanının Xarici xətlər terminalında baş verən terror aktı nəticəsində həlak olan qurbanların sayı 41-ə yüksəlib.

1news.az-ın Milliyet-ə istinadla verdiyi xəbərə görə, İstanbul şəhər valiliyinin yaydığı açıqlamada həlak olandalardan 13 nəfəri əcnəbi olub.

Yaralılardan 109 nəfər artıq evə buraxılıb.

Qeyd edək ki, hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binəli Yıldırım və Baş qərargah rəisi Hulusi Akarın iştirakı ilə fövqəladə iclas çağırıb.

09:39

İstanbulun Atatürk hava limanının Xarici xətlər terminalında baş verən terror aktı nəticəsində qurbanların sayı 36-ya yüksəlib.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bu haqda qardaş ölkənin baş naziri Binali Yıldırım açıqlama verib.

Məlumata əsasən, yaralananların sayı 140-dan çoxdur.

Hadisədən sonra bağlanan hava limanında yerli vaxtla saat 03:00-dan uçuşlar bərpa edilib.

1news.az

01:20

İstanbulun Atatürk Hava Limanının xarici xətlər terminalında baş verən terror aktı nəticəsində 6-sı ağır olmaqla yaralananların sayı 60 nəfərə çatıb.

TRT Haberin yaydığı məlumata görə, partlayış zamanı həlak olanların sayı 28 nəfərə çatıb.

Yaralılar İstanbulun müxtəlif xəstəxanalarına yerləşdirilib.

00.37

NTV kanalının yaydığı məlumata görə, aeroport ərazisində 3 partlayış olub.

Şahidlərin sözlərinə görə, partlayışdan əvvəl odlu silahdan atəş açılıb.

Ədliyyə naziri Bəkir Bozdağın sözlərinə görə, azı 10 nəfər həlak olub, 20 nəfər yaralanıb. Yaralılar Bəkirköy dövlət xəstəxanasına çatdırılıb.

Daha əvvəl məlumat verilmişdi ki, partayış xarici xətlər terminalında baş verib.

Həmçinin qeyd olunur ki, aeroport bütün uçuşlar üçün bağlanıb.

Türk KİV-nin ehtimalına görə, partlayışı PKK terrorçu qruplaşması həyata keçirib.

00.21

NTV kanalının yaydığı məlumata görə, İstanbulun Atatürk Hava Limanında baş verən partlayış zamanı azı 10 nəfər həlak olub.

Bundan əlavə, NTV-nin məlumatına görə, 20 nəfərdən çox yaralı da qeydə alınıb.

Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk Hava Limanın xarici uçuş terminalında partlayış baş verib.

Hadisə yerinə çoxlu sayda həkim və yanğınsöndürənlər cəlb edilib.

00.14

İstanbulun Atatürk Hava Limanın xarici uçuş terminalındakı avtomobil parkında partlayışda çoxlu sayda ölən və yaralanan var. Partlayışa səbəb, kamikazdenin olduğu ehtimal edilir.

Hava limanına çoxlu sayda təcili yardım maşınları cəlb edilib.

Həmçinin şahidlərin sözlərinə görə, terrorçular çoxlu sayda girov götürüb.

Aeroporta giriş və çıxış bağlanılıb.

00.01

İyunun 28-də İstanbuldakı Atatürk Hava Limanında partlayış olub.

İlkin məlumata görə, partlayış hava limanının xarici uçuş terminalındakı avtomobil parkında və onun üst hissəsində baş verib.

Türkiyənin Baş naziri Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi yaradıb.

Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.  

23.41  

İlkin məlumata görə, Xarici Xətlər Terminalında baş verən partlayışda yaralananların olduğu bildirilir.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və səhiyyə briqadası cəlb olunub.

Səhiyyə qrupları ilk müdaxilə etdiyi yaralıları xəstəxanalara yerləşdirilir.

Hava limanının giriş və çıxışı bağlanılıb.

Cihan

Paylaş:
2322

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər