Güləşçilərimiz Əli Əliyevin xatirə turnirini 3 medalla başa vurdular – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz Əli Əliyevin xatirə turnirini 3 medalla başa vurdular – FOTO – VİDEO

10:29 - 04 / 07 / 2016
Güləşçilərimiz Əli Əliyevin xatirə turnirini 3 medalla başa vurdular – FOTO – VİDEO

Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib.

1news.az-ın məlumatına görə, turnirdə iştirak edən yığma komandanın üzvləri 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub.

65 kq çəki dərəcəsinin final görüşündə yığma komandamızın iki üzvü - Məhəmməd Müslümov və Teymur Məmmədov qarşılaşıb. Məhəmməd Müslümov qızıl, Teymur Məmmədov gümüş medala yiyələnib.

Bürünc medalı isə yığmamıza 125 kq çəkidə yarışan Əli İsayev qazandırıb.

Qalib Əliyev (61 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Umar İsrailov (125 kq) isə bürünc medal görüşündə məğlub olaraq turniri 5-ci sırada tamamlayıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edib.

1news.az

Paylaş:
609

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər