Bu gün klublarımız Avropa Liqasında cavab görüşlərinə çıxacaqlar | 1news.az | Xəbərlər
Futbol

Bu gün klublarımız Avropa Liqasında cavab görüşlərinə çıxacaqlar

15:59 - 07 / 07 / 2016
Bu gün klublarımız Avropa Liqasında cavab görüşlərinə çıxacaqlar

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

1news.az-ın məlumatına görə, 44 qarşılaşmanın baş tutacağı gündə Azərbaycan klubları da meydana çıxacaqlar. Klublarımızın ikisi səfərdə, biri isə dogma meydanda cavab görüşünə çıxacaq.

“Neftçi” ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi Maltanın “Baltsan” klubunu doğma meydanında qəbul edəcək. 8-ci km qəsəbə stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu baş hakim Yaroslav Kozikin rəhbərliyi altında ukraynalı hakimlər briqadası idarə edəcək.

“Qəbələ” və “Kəpəz” klubları isə səfər matçına çıxacaqlar. “Qəbələ” Bakıda 5:1 hesabı ilə məğlub etdiyi “Samtredia” ilə Gürcüstanda üz-üzə gələcək. Zestafonidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

“Kəpəz” isə doğma azarkeşləri önündə qolsuz bərabərə qaldığı “Daçiya” ilə Moldovada münasibətlərinə aydınlıq gətirəcək. Moldovanın Speya şəhərindəki eyniadlı stadionda oynanılacaq görüş Bakı vaxtı ilə 19:00-da baş tutacaq.

Bu oyunlardan başqa, azarkeşlərimiz potensial rəqiblərin görüşlərini də maraqla gözləyirlər. “Neftçi” mərhələ keçərsə, “Şkendiya” – “Krakoviya”, “Qəbələ” isə “Aktobe” – MTK cütünün qalibi ilə görüşəcək. “Kəpəz” səfərdən qalib dönsə, növbəti mərhələdə “Admira” – “Spartak” cütünün güclüsünə rəqib olacaq.

1news.az

 

Paylaş:
663

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər