Ərdoğan Maradona, Messi, və Puyolla futbol oynayacaq – FOTO
Samuel Eto`Onun təşkil etdiyi dünya ulduzları ilə Türkiyə veteranları arasındakı oyunda prezident Rəcəb Tayyip Ərdoğan da iştirak edəcək.
1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ötən gecə NATO ölkələrinin sammitindən dönən prezidenti qarşılayanlar arasında “Antalyaspor”un futbolçusu da olub. O, ölkə başçısı ilə danışığında prezidenti də qarşılaşmada iştirak etməyə razı salıb.
Məlumata görə, Antalyada baş tutacaq xeyriyyə oyununda carici işlər naziri Mövlud Çavuşoğlunun, eləcə də Antalya bələdiyyəsinin sədri Menderes Türelin də meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Samuel Eto`O vəqfinin 10 illiyinə həsr olunmuş möhtəşəm şou matçda Maradona, Messi, Neymar, Suares, Totti, İnyesta, Arda, Xavi, Karles Puyol, Valdes, Lüdovik Jüli, Abidal, Deko, Eden Hazard, Kərim Benzema, David Alaba, Obameyanq, Lassana Diarra, Xavier Zanetti, Emmanuel Adebayor, Raymond Kalla, Dario Simic, Aleksey Smertin, Andre Ayu, CeyCey Okoça, Marsel Desayi, Lui Saha, Nvankvo Kanu, Kolo Toure, Essyen, Demba Ba və digərləri iştirak edəcəklər.
1news.az