Mübariz Əhmədoğlu: “Rusiya ermənilərin xəyanətkarlığını başa düşüb və buna uyğun da hərəkət edir” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Rusiya ermənilərin xəyanətkarlığını başa düşüb və buna uyğun da hərəkət edir”

11:45 - 11 / 07 / 2016
Mübariz Əhmədoğlu: “Rusiya ermənilərin xəyanətkarlığını başa düşüb və buna uyğun da hərəkət edir”

Dağlıq Qarabağ ermənisini Ermənistan ermənisindən fərqləndirən danışıq dilindəki 15-20%-lik İran mənşəli sözlərdir. Serj Sarkisyan bunun izahını versə, Dağlıq Qarabağ ermənilərinin İrandan köçürüldüyünü etiraf etmiş olur.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidenti Serj Sarkisyanın NATO sammitində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

Qeyd edək ki, NATO sammitində S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsi regionunda status-kvonun dəyişilməsi üçün ilkin şərt olaraq Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınmalı olduğunu bildirib.

M.Əhmədoğlunun sözlərinə görə, S.Sərkisyanın bu bəyanatı 4 parametrdən diqqəti çəkir.

Birincisi, Dağlıq Qarabağ münaqişəsi regionunda status-kvonun dəyişilməsinin zəruriliyi mötəbər mənbələrdə təsdiqlənir. Misal olaraq həmsədr ölkə prezidentlərinin 5 bəyanatını, ATƏT-in Minsk qrupu həmsədrləri rəsmi bəyanatlarını göstərmək olar. Bundan başqa ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer “status-kvonun dəyişilməyəcəyi təqdirdə hərbi eskalasiya qaçılmazdır” bəyanatının müəllifidir və bunu bir neçə dəfə təkrarlayıb. 

İkincisi, beynəlxalq hüquq, siyasi tənzimləmə prosesləri “DQR”-i millətlərin öz müqəddəratını təyinetməsi prinsipinin subyekti hesab etmir və edə bilməz:

““Dağlıq Qarabağ xalqı” və ya “Dağlıq Qarabağ ermənisi” adlı etnos yoxdur. Serj Sarkisyan və digər erməni rəsmiləri bu mövzuda yalnız bir cümləlik fikir işlədirlər. Ardını deyə bilmirlər. Çünki Dağlıq Qarabağ ermənisini Ermənistan ermənisindən fərqləndirən danışıq dilindəki 15-20%-lik İran mənşəli sözlərdir. Serj Sarkisyan bunun izahını versə, Dağlıq Qarabağ ermənilərinin İrandan köçürüldüyünü etiraf etmiş olur. Bu isə real tarixdir. Ermənilərin uydurma tarixinə ziddir.

Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etmə prinsipi Dağlıq Qarabağ ermənilərilə Dağlıq Qarabağ azərbaycanlılarının birgə olmasını tələb edir. Bu isə Serj Sarkisyanın iradəsinin əleyhinədir. Ona görə Serj Sarkisyan Dağlıq Qarabağ ermənilərilə Dağlıq Qarabağ azərbaycanlılarının dialoquna qadağa qoyub”.

Üçüncüsü, status-kvonun dəyişilmə istiqaməti bəllidir. Dağlıq Qarabağ tənzimlənməsində əsas prinsiplərdən biri güc tətbiq etməməkdir. Yenilənmiş Madrid prinsipləri güc tətbiq etməmək prinsipi əsasında başlanır. Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması ermənilərin tətbiq etdiyi gücün nəticəsinin bir qismini neytrallaşdırmaq məqsədi daşıyır. Heç bir sənəddə beynəlxalq hüquq prinsiplərinin Dağlıq Qarabağ tənzimlənməsinə tətbiqinə zaman məhdudiyyəti qoymayıb. Güc tətbiq etməmək prinsipi 1987-88, 92-ci illərdə də qüvvədə idi. Ermənilər o zaman pozublar, indi o cinayətlərini aradan qaldırmalıdırlar. BMT TŞ-nin 4 qətnaməsinin əsas tələblərindən biri də budur.

Dördüncüsü, S.Sarkisyanın Dağlıq Qarabağ tənzimlənməsində məhz indi ilkin şərt irəli sürməsi onun təkcə şəxsi keyfiyyətlərinin deyil, həm də ATƏT-in Minsk qrupunun normal moderator olmamasının göstəricisidir.

Serj Sarkisyanın bir tərəfdən status-kvonun dəyişilməsini zəruri edən sənədləri qəbul etdiyini, digər tərəfdən onu inkar etdiyini deyən M.Əhmədoğlu bunu ən azından yalançılıq adlandırmaqla yanaşı Sarkisyanın hörmətsizlik nümayiş etdirdiyi həmsədr ölkələrin hər üçünün BMT TŞ-nin üzvü olmasına diqqət çəkir:

“ATƏT-in Minsk qrupu bu vaxta qədər deməyib ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağ azərbaycanlıları olmadan həll etmək mümkün deyil. Vaxtında həmsədrlər statusun müəyyən olunması ilə bağlı məsələləri izah etsəydilər, indi Serj Sarkisyan həmsədr ölkə prezidentlərini ələ salmazdı”.

Yenilənmiş Madrid prinsiplərinin preambula, 6 maddə və rezümedən ibarət olduğunu diqqətə çatdıran M.Əhmədoğlunun sözlərinə görə, bu sənəddə Dağlıq Qarabağ münaqişəsi regionunda sərhəd dəyişikiliyinə, yeni dövlətin yaranmasına işarə vuran heç bir eyham da yoxdur:

“Serj Sarkisyanın bu bəyanatı boş ambisiyadan başqa bir şey deyil. O həmsədr ölkə prezidentlərini aldada bilər və ya nəyinsə hesabına həmsədr ölkələr Serj Sarkisyanın belə bəyanatlarına göz yuma bilərlər. Azərbaycan ordusu Serj Sarkisyanın bəyanatlarına inanmır və aldanmayacaq.

Ortada real güc var. Bütün dünya erməniliyinin gücü Dağlıq Qarabağ məsələsində Azərbaycanın gücünün qarşısında duruş gətirə bilməyəcək. Ermənistanın Rusiyanı Azərbaycana qarşı alətə çevirmək arzusu isə boşa çıxdı. Rusiya ermənilərin xəyanətkarlığını başa düşüb və buna uyğun da hərəkət edir”.

1news.az

Paylaş:
795

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər