Bastian Şvaynştayger Ana İvanoviçlə evləndi – FOTO
Bu gün Venetsiya şəhərində “Mançester Yunayted” klubunun və Almaniya yığmasının futbolçusu Bastian Şvaynştayger və serbiyalı tennisçi Ana İvanoviçin toyu olub.
1news.az-ın “Daily Mail”ə istinadən verdiyi xəbərə görə, 7 ulduzlu oteldə baş tutan toyda Almaniya yığmasının baş məşqçisi Yoahim Löv, “Bavariya” klubunun sabiq prezidenti Uli Höness və futbolçu Tomas Müllerin iştirak etdiyi bildirilir.
Toyun gedişində cütlük motorlu qayığa əyləşərək, gözdən itib.
Qeyd edək ki, cütlük 2014-cü ildən bir yerdədir.
1news.az
843