Millimiz bir pillə irəliləyib | 1news.az | Xəbərlər
İdman

Millimiz bir pillə irəliləyib

17:01 - 14 / 07 / 2016
Millimiz bir pillə irəliləyib

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyərək 253 xalla 137-ci pillədə qərarlaşıb.

Millimizin irəliləməsinə Robert Prosineçkinin yetirmələrinin Kanada ilə keçirdiyi yoxlama matçındakı 1:1 hesablı bərabərə qalması nəticəsində aktivinə 1 xal əlavə etməsi kömək edib.

Dünya reytinqinə isə Argentina millisi başçılıq edir. Sonrakı yerlərdə Belçika, Kolumbiya, Almaniya, Çili, Portuqaliya, Fransa, İspaniya, Braziliya və İtaliya qərarlaşıb.

1news.az

Paylaş:
681

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər