“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşib

20:19 - 15 / 07 / 2016
“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşib

İyulun 15-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, püşkatma nəticəsində Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Lüksemburqun “Düdelanj” komandasını yarışdan kənarlaşdırarsa Çexiya çempionu “Viktoriya” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin oyunları iyulun 26-27-də və avqustun 2-3-də keçiriləcək.

1news.az

 

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər