Şevçenko Ukrayna yığmasının baş məşqçisi təyin olundu
Ukrayna yığmasının yeni baş məşqçisi müəyyənləşib.
1news.az-ın məlumatına görə, bu il Fransada keçirilən Avropa çempionatında uğursuz çıxışa görə Ukrayna yığmasının baş məşqçisi Mixail Fomenko vəzifəsindən azad edilib.
Yeni baş məşqçinin də adı artıq məlumdur. Belə ki, bundan sonra Ukrayna yığmasına sabiq futbolçu Andrey Şevçenko çalışdıracaq. Onunla “2+2” sxemi üzrə müqavilə imzalanıb.
Qeyd edək ki, 39 yaşlı Şevçenko Avropa çempionatından öncə Mixail Fomenkonun köməkçisi təyin olunmuşdu.
1news.az
728