Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycandakı səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Karen Petiti diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
1news.az-ın məlumatına görə, səfir xanım K.Petit diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir E.Məmmədyarov səfir xanım Karen Petitə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
1news.az
705