“Qarabağ”la “Kəpəz” Avrokuboklarda cavab matçına çıxırlar | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”la “Kəpəz” Avrokuboklarda cavab matçına çıxırlar

17:37 - 20 / 07 / 2016
“Qarabağ”la “Kəpəz” Avrokuboklarda cavab matçına çıxırlar

Avrokuboklarda mübarizə aparan təmsilçilərimizdən “Qarabağ” və “Kəpəz” bu gün, müvafiq olaraq, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin ikinci təsnifat mərhələsində cavab oyunu keçirəcəklər.

1news.az-ın məlumatına görə, ölkəmizin Çempionlar Liqasında yeganə təmsilçisi “Qarabağ” Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

İlk görüşdə 2:0 hesablı qələbə qazanan Azərbaycan çempionunun mərhələ adlamaq şansını daha çoxdur. Növbəti mərhələyə adlayan komanda isə III təsnifat mərhələsində “Viktoriya” (Plzen) ilə üz-üzə gələcək.  

“Qarabağ”dan fərqli olaraq “Kəpəz” bu gün “Admira” ilə cavab oyununu evdə keçirəcək.

İlk görüşdə 0:1 hesabı ilə uduzan Gəncə təmsilçisi növbəti mərhələyə adlamaq üçün Bakıda mütləq qələbə qazanmalıdır.

“Kəpəz” bu dueldən üzüağ çıxsa, növbəti mərhələdə Çexiya təmsilçisi “Slovan”la (Liberets) üz-üzə gələcək.

UEFA ÇL. II təsnifat mərhələsi, cavab oyunu

“Düdelanj” (Lüksemburq) – “Qarabağ” – ilk oyun 0:2

Düdelanj. Jos Nosbaum stadionu. Saat 20:00
Baş hakim: Kevin Clancy
Baş hakimin köməkçiləri: Stuart Stevenson, Sean Carr
Dördüncü hakim: Donald Robertson
(Hakimlər briqadası Şotlandiyadandır)
UEFA nümayəndəsi: Eamon Naughton  (İrlandiya)
Hakim-inspektor: Alexandru Deaconu (Rumıniya)
 
UEFA AL. II təsnifat mərhələsi, cavab oyunu
“Kəpəz” – “Admira” (Avstriya) – ilk oyun 0:1

“Dalğa Arena”. Saat 20:00
Baş hakim: Vitali Meşkov
Baş hakimin köməkçiləri: Valeri Dançenko , Maksim Qavrilin
Dördüncü hakim: Mixail Vilkov
(Hakimlər briqadası Rusiyadandır)
UEFA nümayəndəsi: Sergey İlyiç  (Belarus)
Hakim-inspektor: Murat İlqaz (Türkiyə)

1news.az

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər