Siyavuş Novruzov: Konstitusiya dəyişiklikləri ilə bağlı referendumun bu il keçirilməsi nəzərdə tutulub
“Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı təklif olunan referendumun bu il keçirilməsi nəzərdə tutulub”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın qərargahında KİV nümayəndələri ilə keçirilən görüşdə bildirib.
S.Novruzov deyib ki, hazırda prezidentin təklifinə Konstitusiya Məhkəməsində baxılır və qanunda nəzərdə tutulan dövr ərzində rəy veriləcəyi təqdirdə, referendumun keçirilməsinə hazırlıq başlayacaq.
Mövzu ilə əlaqədar oxuyun:
İlham Əliyev Referendum Aktı ilə bağlı sərəncam imzalayıb
1news.az
457