Güləşçilərimiz Avropa çempionatının ikinci gününü 7 medalla başa vurdular | 1news.az | Xəbərlər
İdman

Güləşçilərimiz Avropa çempionatının ikinci gününü 7 medalla başa vurdular

11:26 - 21 / 07 / 2016
Güləşçilərimiz Avropa çempionatının ikinci gününü 7 medalla başa vurdular

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

1news.az-ın məlumatına görə, ilk yarış günündə mübarizə aparan sərbəst güləşçilərimiz 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

İkinci yarış günündə 46, 54, 63, 76 və 100 kq çəkidə sərbəst güləşçilər yarışıb. Güləşçilərimiz günü 2 gümüş və 5 bürünc medalla başa vurub. 

46 kq çəkidə mübarizə aparan Əsgər Məmmədəliyev Ukrayna və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya idmançısına məğlub olub. Bürünc medal uğrunda güləşçimiz  daha bir Rusiya idmançısı ilə qarşılaşıb. Yüksək əzmkarlıq göstərən Əsgər son saniyədə qazandığı xalla hesabı bərabərləşdirərək görüşü qalib başa vurub və çempionatın bürünc medalını qazanıb. 

54 kq çəki dərəcəsində yarışan Sabutay Əmişov da bürünc medal uğrunda görüşə haqq qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan güləşçimiz Moldova və Ukrayna təmsilçilərini üstələyib. Ancaq 1/4 finalda Yunanıstan təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Sabutay komanda yoldaşı Maqomedqadji Kasumovu da mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Gürcüstan təmsilçisini də üstələyən Sabutay çempionatın bürünc medalına sahib olub.  

63 kq çəkidə yarışan Djopua İnal finala qədər bütün rəqiblərindən üstün olub. Ardıcıl olaraq Polşa, Moldova və Ukrayna güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinalda komanda yoldaşı Qadjimurad Qadjiyevi də məğlub edib. Qadjimurad Qadjiyev isə yarımfinala qədər Rusiya, Almaniya və Türkiyədən olan rəqiblərini üstələyib. Djopua İnal finalda, Qadjimurad Qadjiyev isə bürünc medal uğrunda görüşə çıxıb. Qadjimurad Qadjiyev bürünc medal qazansa da, finalda uduzan Djopua İnal gümüş medalla kifayətlənib.  

76 kq çəkidə mübarizə aparan Rəşad Yusifli ardıcıl olaraq Belarus, Ukrayna, Rusiya və Almaniyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə daha bir Rusiya idmançısı ilə qarşılaşan güləşçimiz görüşü məğlub başa vurub və gümüş medala yiyələnib.  

100 kq çəkidə yarışan hər iki güləşçimiz yarımfinalda uduzub və bürünc medal uğrunda görüşə haqq qazanıb. Əli Əminzadə yarımfinala qədər Gürcüstan və Yunanıstan, Asxab Həmzətov isə Almaniya və Bolqarıstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Əli Türkiyə, Asxab isə Rusiyadan olan rəqibinə məğlub olub. Həlledici görüşdə güləşçilərimiz Ermənistan və Rusiyadan olan idmançılarla qarşılaşıb. Hər iki güləşçimiz rəqiblərini məğlub edib və çempionatın bürünc medalına sahib olub.  

46 kq 
Bürünc medal görüşü - Biaman Yakovlev (RUS) - Əsgər Məmmədəliyev 8:8*
1/2 final - Əsgər Məmmədəliyev - Alik Xadartsev (RUS) 1:7
1/4 final - Əsgər Məmmədəliyev - Simon Beridze (GEO) 8:2
1/8 final - Əsgər Məmmədəliyev - Makar Viqivskiy (UKR) 10:0

54 kq 
Bürünc medal görüşü - Sabutay Əmişov - Goderdzi Dzebisaşvili (GEO) 6:4
Təsəlliverici görüş - Maqomedqadji Kasumov - Sabutay Əmişov 8:9
Təsəlliverici görüş - Kristian Brzezinski (POL) - Maqomedqadji Kasumov 4:14
1/4 final - Sabutay Əmişov - Georgios Pilidis (GRE) 2:4
1/8 final - Sabutay Əmişov - İhor Nikiforuk (UKR) 12:6
1/8 final - Georgios Pilidis (GRE) - Maqomedqadji Kasumov 8:5
1/16 final - Sabutay Əmişov - İon Saranut (MDA) 12:1
1/16 final - Maqomedqadji Kasumov - David Kopriva (CZE) 14:1

63 kq
FİNAL - Arman Andreasyan (ARM) - Djopua İnal 4:3
Bürünc medal görüşü - Erik Aruşanian (UKR) - Qadjimurad Qadjiyev 2:13
1/2 final - Qadjimurad Qadjiyev - Djopua İnal 0:10
1/4 final - Qadjimurad Qadjiyev - Abdurrahman Tekgöz (TUR) 10:1
1/4 final - Erik Aruşanian (UKR) - Djopua İnal 1:3
1/8 final - Qadjimurad Qadjiyev - Tino Rettinger (GER) 12:2
1/8 final - Djopua İnal - Valentin Borzin (MDA) 7:0
1/16 final - Qadjimurad Qadjiyev - Arsen Tomaev (RUS) 8:3
1/16 final - Simon Voytkovski (POL) - Djopua İnal 0:10

76 kq
FİNAL - Devid Betanov (RUS) - Rəşad Yusifli 6:5
1/2 final - Johannes Martin Deml (GER) - Rəşad Yusifli 2:4
1/4 final - Rəşad Yusifli - Ansariav Şaripov (RUS) 6:5
1/8 final - Andriy Giika (UKR) - Rəşad Yusifli 2:7
1/8 final - İslam Əliyev - Ansariav Şaripov (RUS) 2:3
1/16 final - İslam Əliyev - David Morillas (ESP) 10:0
1/16 final - Rəşad Yusifli - Aliaksei Afanasenka (BLR) 10:0

100 kq
Bürünc medal görüşü - Aslanbek Qazzaev (RUS) - Əli Əminzadə 3:8
Bürünc medal görüşü - Aşot Ruşanyan (ARM) - Asxab Həmzətov 0:4
1/2 final - Asxab Həmzətov - İsmail-Bek Nirov (RUS) 1:5 
1/2 final - Əli Əminzadə - Feyzullah Akturk (TUR) 1:4
1/4 final - Aleksandros Papodopulos (GRE) - Əli Əminzadə 0:9
1/4 final - Asxab Həmzətov - Daniel Veselinov (BUL) 4:0
1/8 final - Elguja Balançivadze (GEO) - Əli Əminzadə 0:12
1/8 final - Riçard Stoll (GER) - Asxab Həmzətov 2:6

1news.az

 

Paylaş:
664

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidirBu gün, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildiBu gün, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcəkBu gün, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılırBu gün, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilibBu gün, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59
Bütün xəbərlər