Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

13:06 - 22 / 07 / 2016
Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu bankların əmlaklarının satışına başlanacaq.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı "emlak.adif.az" saytı yaradılacaq:

"Bilirsiniz ki, bankların mülkiyyətində müxtəlif əmlaklar, kompüterlər və digər avadanlıqlar var. Dəyəri böyük olan əmlakların sayı azdır və bu əmlaklar qiyməti beynəlxalq qiymətləndirici şirkətlər tərəfindən müəyyən ediləcək. Bundan sonra, dəyəri yüksək olan əmlaklar hərraclar vasitəsilə satılacaq".

Bundan başqa, müflis elan edilmiş bankların əmlaklarının icarəsi də mümkün olacaq.

1news.az

Paylaş:
1475

Son xəbərlər

Bütün xəbərlər