MFL San Marino Kuboku başlayır! | 1news.az | Xəbərlər
Futbol

MFL San Marino Kuboku başlayır!

13:23 - 24 / 07 / 2016
MFL San Marino Kuboku başlayır!

Həvəskar futbolçular, məhəllədən meydana xoş gəldiniz!

"Mini Futbol Liqası" şirkəti (MFL) yerli futbol azarkeşlərini ikinci dəfə məhəllədən meydana dəvət etdi. İndi həvəskar futbolçular öz güclərini küçələrdə yox, meydanlarda göstərəcəklər. Artıq onların oynamaq üçün meydanı, mübarizə aparmaq üçün rəqibləri, qalib olmaq üçün səbəbləri var!

İkinci çempionat "MFL San Marino Kuboku" adlanır. Belə ki, həvəskar futbolçuların kubok çempionatının bu dəfəki qaliblərini MFL Azərbaycan - San Marino oyununu izləməyə göndərəcək! Qeyd edək ki, turnirin qalib komandasının bütün üzvlərinin aviabiletləri, mehmanxanada qalmaq və oyuna bilet xərcləri MFL şirkəti tərəfindən qarşılanır.

Məlumat üçün deyək ki, II MFL kubokunun qeydiyyat mərhələsi iyulun 5-də başladı, iyulun 18-də yekunlaşdı. Bakının bütün regionlarından çempionata qatılmaq üçün müraciətlər olundu. MFL şirkəti çempionata olan marağı nəzərə alaraq, kubokun "ikinci dalğası"nda komanda limitinin sayını 32-dən 40-a qaldırdı.

İyulun 22-də isə MFL San Marino Kubokunun püşkü atıldı. Qeydiyyatdan keçmiş komandaların kapitanları və oyunları idarə edəcək hakimlərin iştirakı ilə keçirilən püşkatmada komandalar 8 qrupa bölündü və hər qrupda 5 komanda yer aldı. Komandalara çempionatın reqlamenti və qaydaları izah olundu. Qeyd edək ki, kubok çempionatının ilk oyunu iyulun 24-də keçiriləcək. Turnir avqustun 20-nə kimi davam edəcək.

"San Marino Kuboku" çempionatının təşkilatçıları MFL şirkəti və "Sport Marketing Group" - SMG şirkətidir. Oyunlara ev sahibliyini isə "Sportster" idman meydançaları edir.

İkinci kubokdan sonra MFL 1 illik tamhəcmli turnirə start verəcək. Bu turnirin qalibi ən güclü mini futbol komandası adını qazanacaq.

Paylaş:
774

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər