“Sportinq” azərbaycanlı futbolçuya 60 milyon avro qiymət qoydu - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Sportinq” azərbaycanlı futbolçuya 60 milyon avro qiymət qoydu - FOTO

16:25 - 25 / 07 / 2016
“Sportinq” azərbaycanlı futbolçuya 60 milyon avro qiymət qoydu - FOTO

Azərbaycanlı futbolçu Budaq Nəsirovun “Sportinq”ə keçidinin təfərrüatları açıqlanıb.

1news.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə ilkin olaraq, 1 mövsümlük müqavilə imzalanıb.

Nəsirov bu müddətdə özünü yaxşı tərəfdən göstərsə və mövsümün yekununda ehtiyac duyulsa, onun sözləşməsinin müddəti 2021-ci ilin iyun ayına qədər uzadılacaq.

Müqavilədə Nəsirovun başqa kluba keçməsi üçün transfer qiyməti 60 milyon avro olaraq göstərilib.

1news.az

Paylaş:
1097

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər