Millimiz Avropa kubokunu 8 medalla başa vurdu
Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa kuboku keçirilib.
1news.az-ın məlumatına görə, gənc cüdoçularımız mötəbər yarışı 8 medalla (1 qızıl, 3 gümüş və 4 bürünc) başa vurublar.
Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunub.
1news.az
461