Arda Turana sürpriz təklif | 1news.az | Xəbərlər
İdman

Arda Turana sürpriz təklif

12:38 - 25 / 07 / 2016
Arda Turana sürpriz təklif

“Barselona”nın türk ulduzu Arda Turana Türkiyədən təklif var.

1news.az Fanatik-ə istinadən xəbər verir ki, “Beşiktaş” klubunun prezidenti Fikrət Orman ulduz futbolçunun meneceri Əhməd Buludla görüşüb.

“Beşiktaş” keçən sezonun xüsusilə sonlarında “Barselona”da istənilən oyunu göstərə bilməyən Ardanı icarəyə götürmək istəyir. İddialara görə, futbolçunun meneceri “Beşiktaş”ın icarə istəyinə cavab olaraq “Barselona”nı razı sala biləcəyini deyib.

Adı tez-tez “Fənərbaxça” ilə də çəkilən Arda isə Türkiyəyə geri dönmək ehtimalı haqqında sualı belə cavablandırıb:

“Fənərbaxça” olmaz, amma “Beşiktaş”a simpatiyam var.

Qeyd edək ki, 29 yaşlı futbolçu “Barselona”da illik 4,5 milyon avro maaş alır.

1news.az

Paylaş:
795

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər