Jamestown Foundation: Xəzər dənizinin hərbiləşdirilməsi - sahilyanı ölkələri üçün silahlanma yarışı deyil | 1news.az | Xəbərlər
Siyasət

Jamestown Foundation: Xəzər dənizinin hərbiləşdirilməsi - sahilyanı ölkələri üçün silahlanma yarışı deyil

13:07 - 27 / 07 / 2016
Jamestown Foundation: Xəzər dənizinin hərbiləşdirilməsi - sahilyanı ölkələri üçün silahlanma yarışı deyil

Baxmayaraq ki, Xəzəryanı ölkələr hərbi potensialını artırır bunu, Xəzər dənizində tamhüquqlu silahlanma yarışı adlandırmaq olmaz.

Bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzininin (SAM) analitiki Azad Qəribov Jamestown Foundation saytında yazdığı məqaləsində qeyd edir.

Məqalədə qeyd olunur ki, Azərbaycan 2013-cü ildə Rusiyadan 75 milyon dollar həcmində raket əlehinə qurğular, 2012-ci ildə isə - İsraildən 1,6 milyard dollara gəmi əleyhinə raketlər alıb. İdxal ilə yanaşı, Azərbaycan hərbi gəmilərin istehsalını da hazırlayır:

“Xəzərdə silahlandırılmanın ilk təşəbbüsü bu istiqamətdə lider olan Rusiya tərəfindən irəli sürülüb. Lakin bir neçə səbəbdən bu proses açıq hərbiləşməni təhrik etmir”.

Müəllif bunun ilk səbəbini Rusiyanın tarixən aparıcı dəniz dövləti olduğunu göstərib. Və hər zaman Rusiyanın gücü ilə Xəzəryanı digər dövlətlərin gücü arasında əhəmiyyətli fərq olduğunu da qeyd edib.

İkincisi isə, Rusiya istisna olmaqla, heç bir sahilyanı dövlət Xəzər dənizində əhəmiyyətli hərbi hücum potensialına malik deyil, qeyd edən Azad Qəribov həmçnin “Caucasus International” jurnalının da redaktorudur.

“Xəzəryanı ölkələrin əldə etdiyi silahlanma sistemi və platformaları energetika infrastrukturuna mümkün terror hücumlarının təhlükəsinə mane olmaq, sahil xəttini və ticarət kortlarını müdafiə etmək, eləcə də digər fövqəladə vəziyyətlərə effektli yanaşmanın dərk edilməsini əks etdirir”, - məqalədə qeyd olunur.

A.Qəribovun fikrincə, üçüncü səbəb olaraq dəniz sərhədləri sahəsində fikirayrığılına baxmayaraq, bütün sahilyanı dövlətlər hətta Xəzərin təhlükəsizliyi məsələsində də bir-biri ilə sıx əməkdaşlıq edir.

“Təsadüfi deyil ki, 2014-cü ildə Həştərxanda keçirilən IV Xəzər Sammitində bütün Xəzəryanı dövlətlər birmənalı olaraq Xəzər dənizində sahilyanı dövlət olmayan ölkələrin hərbi iştirakının qəbuledilməzliyini dəstəkləyiblər”, - müəllif qeyd edir.

“Xəzəryanı dövlətlərin hərbi gəmiləri tez-tez öz aralarında dost səfərləri edir, eləcə də birgə hərbi-dəniz təlim və oyunlarında iştirak edir. Bunlardan hər il keçirilən “Xəzər Kubokunu” nümunə gətirmək olar”, - məqalədə qeyd olunur. 

Hazırda heç bir regional dövlət qonşusunun Xəzər dənizində hərbi-dəniz potensialının artırılması ilə bağlı narahatlığını bəyan etməyib.

“Beləliklə, mətbuatda bəzi fərziyyələrə baxmayaraq Xəzər dənizində açıq hərbiləşmə yarışları həyata keçirilmir. Regional hərbi-dəniz potensialının genişlənməsini heç bir dövlət kiminsə qalibiyyəti və ya məğlubiyyəti kimi qəbul etmir”, - müəllif sözlərinə əlavə edir.  

Məqaləni NewsHub bölməsi vasitəsilə orjinaldan oxuyun:

Jamestown Foundation: Militarization of the Caspian Sea: A Zero-Sum Game?

1news.az

Paylaş:
687

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23
Bütün xəbərlər