“Mançester Yunayted” İbrahimoviçdən 1 həftədə 90 milyon qazanıb
İsveçli hücumçu Zlatan İbrahimoviçin “Pari Sen-Jermen”dən “Mançester Yunayted” klubuna keçməsi böyük əks-səda doğurub.
1news.az xəbər verir ki, klub futbolçunun futbolkalarının satışından bir həftə ərzində 90 milyon avro qazanıb.
Müqayisə üçün deyək ki, Premyer-liqanın indiki çempionu “Lester” bütün oyunçuların maykalarının satışından cəmi 64 milyon avro qazanıb.
Z.İbrahimoviç vəziyyəti şərh edərək deyib ki, “Poqba bahalıdır, amma “Mançester Yunayted” mənim futbolkalarımı satmaqla bu xərcləri tam doğruldacaq”.
Qeyd edək ki, “Mançester Yunayted” bu gün İsveçin Höteborq şəhərində Türkiyənin “Qalatasaray” klubu ilə yoldaşlıq görüşü keçirəcək.
34 yaşlı hücumçu deyib ki, ilk matçını vətəndə keçirmək əladır:
“Düşünürəm ki, fanatlarım meydana qayıtmağımı gözləyirlər. Ümidvaram ki, biz onlara yaxşı futbol göstərəcəyik və onlara istədiklərini verəcəyik”.
1news.az