Millimiz Gürcüstanla yoldaşlıq görüşü keçirəcək
Bakı Şahmat Olimpiadasına hazırlaşan əsas yığma komandalar yoldaşlıq görüşündə iştirak edəcək.
1news.az-ın məlumatına görə, artıq bununla bağlı Azərbaycan və Gürcüstan Şahmat Federasiyaları arasında yekun razılıq əldə olunub.
Kişi və qadın şahmatçılardan ibarət Azərbaycan millisi avqustun 9-da baş tutacaq son hazırlıq toplanışında əvvəlcədən planlaşdırıldığı kimi həm də yoldaşlıq görüşü keçirəcək.
Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mötəbər yarışda iştirak edəcək bütün komandalarımız (3 kişi və 3 qadın komandamız) avqustda təlim-məşq toplanışı keçirəcək.
1news.az
592