15 iyul hadisələri “Qalatasaray” – “Atletiko Madrid” matçını da vurdu | 1news.az | Xəbərlər
Futbol

15 iyul hadisələri “Qalatasaray” – “Atletiko Madrid” matçını da vurdu

10:06 - 02 / 08 / 2016
15 iyul hadisələri “Qalatasaray” – “Atletiko Madrid” matçını da vurdu

“Atletiko Madrid” Türkiyədəki hadisələrə görə bu ölkəyə getməkdən imtina etdi.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə 15 iyul - hərbi çevrilişə cəhd hadisələri bir çox sahədə olduğu kimi, futbola da təsirsiz ötüşməyib.

Hadisələrə görə, daha öncə Antalyada keçirilməli “Dünya yığması” – “Türkiyə yığması” oyunu təxirə salınmışdı.

Dünən isə “Atletiko Madrid” klubu avqustun 6-da “Qalatasaray”la Türkiyədə oynayacağı oyuna gəlməyəcəyini açıqlayıb. İspaniya təmsilçisi Türkiyədə vəziyyətin gərgin olduğunu əsas gətirərək bu qərarı alıb.

“Qalatasaray”ın həmin gün başqa klubla yoldaşlıq görüşü keçirib-keçirməyəcəyi yaxın günlərdə məlum olacaq.

1news.az

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər