Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
İdman

Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb - FOTO - YENİLƏNİB

20:57 - 03 / 08 / 2016
Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılıb - FOTO - YENİLƏNİB

Avqustun 3-də Rio-de-Janeyrodakı Olimpiya Kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, ölkəmizin nümayəndə heyətinin üzvləri, idmançılarımız, XXXI Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin təmsilçiləri iştirak ediblər.

Mərasimdə Braziliyanın milli rəqslərinin ifasından sonra Olimpiya Kəndinin meri Janet Alkeyn çıxıb edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıb.

Sonra Azərbaycanın dövlət himninin müşayiəti ilə bayrağımız qaldırılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov J.Alkeynə xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi avqustun 5-də keçiriləcək. Olimpiadada ölkəmizi idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) təmsil edir. İdmançılardan 36-sı Olimpiya Oyunlarına ilk dəfə qatılıb. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq.

Azərbaycan XV Yay Paralimpiya Oyunlarında isə 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıblar.

Ümumilikdə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında rekord sayda – 206 ölkədən 10 min 500 idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.

1news.az

Paylaş:
829

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər