Avropanın ən yaxşı futbolçusu üçün 3 namizəd seçildi: Messi yoxdur | 1news.az | Xəbərlər
Futbol

Avropanın ən yaxşı futbolçusu üçün 3 namizəd seçildi: Messi yoxdur

21:38 - 05 / 08 / 2016
Avropanın ən yaxşı futbolçusu üçün 3 namizəd seçildi: Messi yoxdur

UEFA Avropada ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin sayını azaldıb.

1news.az apasport.az-a istinadən xəbər verir ki, 10 nəfərlik siyahı azaldılaraq 3 real namizəd saxlanılıb.

Belə ki, avqustun 25-də açıqlanacaq Avropanın ən yaxşı oyunçusu adı uğrunda bundan sonra Qaret Beyl (Uels, “Real”), Antuan Qrizmann (Fransa, “Atletiko”) və Kristiano Ronaldo (Portuqaliya, “Real”) mübarizə aparacaq.

Qalib UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən sorğunun nəticəsi ilə müəyyən olunacaq.

 

Finala yüksələ bilməyənlər isə aşağıdakı futbolçulardır.

4. Luis Suares (Uruqvay, "Barselona") - 29 xal

5. Lionel Messi (Argentina, "Barselona") - 25 xal

6. Canluici Buffon (İtaliya, "Yuventus") - 19 xal

7. Pepe (Portuqaliya, "Real") - 9 xal

8. Manuel Noyer (Almaniya, "Bavariya) - 6 xal

9. Toni Kroos (Almaniya, "Real") - 5 xal

10. Tomas Müller (Almaniya, "Bavariya") - 2 xal

1news.az

Paylaş:
634

Sizin üçün xəbərlər

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər