Şəhid polkovnikin ailəsinin aylıq təqaüdü təsdiqləndi - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid polkovnikin ailəsinin aylıq təqaüdü təsdiqləndi - AÇIQLAMA

15:09 - 06 / 08 / 2016
Şəhid polkovnikin ailəsinin aylıq təqaüdü təsdiqləndi - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin şikayətinə cavab verib.

1news.az xəbər verir ki, şikayətə cavab nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev tərəfindən verilib.

O deyib ki, 2016-cı il il aprel ayının əvvəllərində Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən silahlı təxribatın qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və təqaüdün, sosial müavinətin hələ də təyin olunmaması, guya buna etinasızlıq göstərilməsi barədə bir sıra KİV-də yayılan məlumatlar həqiqəti əks etdirmir.

Elman Babayev diqqətə çatdırıb ki, ölkəmizdə hər bir şəhid ailəsinə daim hörmət və ehtiram göstərilir, onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə təmin olunurlar. Onun sözlərinə görə, cari il aprelin 2-dən 5-dək Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı həlak olmuş polkovnik-leytenant Raquf Orucovun ailəsinə pensiya və Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdünün, habelə övladlarına aylıq sosial müavinətin təyin olunması tam təmin edilib:

“Şəhidin həyat yoldaşı Sevinc Əlizadə şəhid ailəsi kimi onlara qeyd olunan sosial ödənişlərin təyin olunması ilə bağlı bir neçə gün bundan öncə, yəni avqustun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Müraciəti zamanı həmin sosial ödənişlərin təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan lazımi sənədləri tam tərkibdə təqdim etməməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Müdafiə Nazirliyi ilə əlaqə saxlayaraq, əməkdaşlıq şəraitində qısa müddətdə həmin sənədlərin tam tərkibdə əldə olunmasını təmin edib.

Beləliklə də şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsinə 907,70 manat aylıq əmək pensiyası, habelə 132 manat Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan təqaüdü, ümumilikdə 1039 manat məbləğində aylıq sosial ödəniş təyin edilib”.

E.Babayev əlavə edib ki, həmçinin Sevinc Əlizadə üçün həmin sosial ödənişlərin alınması üçün müvafiq banka ödəniş kartı da sifariş edilib və aprel ayı da daxil olmaqla son 4 ayın ümumi məbləğinin onun kart hesabına köçürülməsi tam təmin olunacaq. Yaxın bir neçə gündən sonra Sevinc Əlizadə banka gedərək ödəniş kartını götürə biləcək”.

Şöbə müdiri onu da bildirib ki, qeyd olunanlarla yanaşı, Azərbaycan qanunvericiliyində şəhid ailələri üçün digər bir sıra güzəşt və imtiyazlar əksini tapıb və şəhid polkovnik-leytenant Raquf Orucovun ailəsi həmin güzəşt və imtiyazlardan da istifadə edə bilər.

Qeyd edək ki, dünən mediada polkovnikin xanımının açıqlaması yayımlanmışdı. Şəhid yoldaşı qurumların onu get-gələ saldığından da şikayətlənmişdi.

1news.az

Paylaş:
407

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər