Lənkəranda oğlu ilə birgə döyülən şəxs ölüb
Lənkəranda döyülən şəxs ölüb.
1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, hadisə avqustun 5-də qeydə alınıb.
Belə ki, Lənkəran rayonunun İstisu qəsəbəsində həmin qəsəbənin sakini Rəşid Yaqubov münaqişə zəminində həmyerlisi İ.Əliyevi və onun oğlu Cavidi döyüb. İ.Əliyev evinə qayıtdıqdan sonra ölüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Yaqubov tutulub.
Araşdırmalar davam etdirilir.
1news.az
576