“Rio-2016”da Azərbaycanın ilk təmsilçisi çıxış edib | 1news.az | Xəbərlər
İdman

“Rio-2016”da Azərbaycanın ilk təmsilçisi çıxış edib

23:52 - 05 / 08 / 2016
“Rio-2016”da Azərbaycanın ilk təmsilçisi çıxış edib

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk təmsilçisi çıxış edib.

1news.az xəbər verir ki, Olqa Senyuk kamandan oxatma üzrə qadınların fərdi mübarizəsinə qatılıb.

25 yaşlı idmançı təsnifat mərhələsində 623 xalla 37-ci yeri tutub. Onun 1/16 finaldakı rəqibi çinli Tsao Xuey olacaq. Xuey təsnifat mərhələsini 631 xalla 28-ci pillədə başa vurub.

İki oxatanın mübarizəsi avqustun 10-da saat 00:57-də start götürəcək.

1news.az

Paylaş:
1373

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər