İran prezidenti Azərbaycanın din xadimləri ilə görüşüb
Bu gün Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani Azərbaycanın din xadimləri və ictimaiyyət nümayəndələri ilə görüşüb.
1news.az APA-ya istinadən xəbər verir ki, görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, həmçinin din xadimləri, Milli Məclisin deputatları, rəsmi şəxslər iştirak ediblər.
Görüşdə Azərbaycan və İran arasında dostluq münasibətlərdən söhbət açılıb. Bu cür səfərlərin hər iki xalqın daha da yaxınlaşması baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Ölkələrimiz arasında tarixi, dini və mənəvi əlaqələrin qorunub saxlanılmasının əhəmiyyəti qeyd edilib.
1news.az
379