Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır

16:57 - 08 / 08 / 2016
Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır

Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır.

1news.az-a  “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ("8-ci kilometr bazarı") Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ("Laçın" ticarət mərkəzi) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.

1news.az

Paylaş:
468

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər