“Land Rover” at arabası ilə toqquşub: ölən və yaralananlar var
Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 02:00 radələrində Xaçmaz rayonunun Qobuqırağı kəndində qeydə alınıb.
Belə ki, Şabran rayon sakini Niftəli Əlməmmədov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən at arabasını vurub. Nəticədə at arabasında olan rayon sakinlərindən Anar Səfərəliyev hadisə yerində ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
1news.az
891