Azərbaycan qılıncoynadanı ilk görüşündə məğlub olaraq Olimpiadada mübarizəni dayandırıb
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan idmançılarından ilk olaraq qılıncoynadan Səbinə Mikina mübarizəyə qoşulub.
1news.az-ın məlumatına görə, qılıncoynatmanın sablya növündə qüvvəsini sınayan və turnirə 1/16 final mərhələsindən başlayan Səbinə Mikina tunisli idmançı Besbes Azza ilə üz-üzə gəlib. Ölkəmizin bu idman növündə yeganə təmsilçisi S.Mikina rəqibinə məğlub olaraq “Rio-2016”da mübarizəni dayandırıb.
1news.az
888