Karateçilərimiz beynəlxalq turnirdən 7 medalla qayıdırlar | 1news.az | Xəbərlər
İdman

Karateçilərimiz beynəlxalq turnirdən 7 medalla qayıdırlar

21:04 - 08 / 08 / 2016
Karateçilərimiz beynəlxalq turnirdən 7 medalla qayıdırlar

Türkiyənin Ərzurum şəhərində 13-cü “Palandökən” beynəlxalq turniri keçirilib.

1news.az-ın məlumatına görə, əsasən aşağı yaş qruplarında yarışa qatılan milli komandamızın üzvləri iki qızıl, bir gümüş və dörd bürünc medala sahib olublar.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandanın üzvlərindən Fəridə Əliyeva (21 yaşadək gənclər, 68 kq-dan yuxarı) və İsmayıl Quliyev (55 kq) çempion olublar. Roman Heydərov (gənclər və böyüklər milli komandası, kata) turnirin gümüş medalına, Asya Məlikova (21 yaşadək gənclər seçmə komandası, 50 kq) və Murad Hacızadə (16-17 yaşlı gənclər, 76 kq-dan yuxarı) isə bürünc mükafata sahib çıxıblar.

14-15 yaşlıların komanda kata yarışlarında Ceyhun İsmayılov, Ayxan Novruzov və Səbuhi Quluzadə üçüncü yeri tutublar. Ceyhun İsmayılov, həmçinin fərdi kata yarışlarında bürünc mükafat qazanıb.

Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov yarışı idarə edənlər arasında olublar.

Milli komandadan əlavə “Qaraqapan”, MKM, “Dostluq” və “Arpaçay” klublarının idmançıları da Ərzurumda beynəlxalq turnirdən müxtəlif mükafatlarla dönürlər.

“Palandökən” beynəlxalq karate turnirində 30 ölkədən 2 mindən artıq idmançı çıxış edib.

1news.az

Paylaş:
598

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər