Həsən Ruhani: “Təhdidlərlə qarşı üçtərəfli anlaşma vacibdir” | 1news.az | Xəbərlər
Siyasət

Həsən Ruhani: “Təhdidlərlə qarşı üçtərəfli anlaşma vacibdir”

22:20 - 08 / 08 / 2016
Həsən Ruhani: “Təhdidlərlə qarşı üçtərəfli anlaşma vacibdir”

“Ölkələrimiz tərəfindən atılan addımlar üç dövlətin regional əməkdaşlığa yönələn dialoquna zəmin yaradır”.

1news.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Bakıda keçirilən Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.

O bildirib ki, İran xarici siyasət prinsiplərinə uyğun olaraq qonşuları ilə münasibətlərin inkişafına önəm verir:

“Bu kimi üçtərəfli format, İran Azərbaycan və Rusiya arasında bu münasibətlər fikir mübadiləsinə, ortaq mənafelərin meydana çıxmasına imkan yaradır. İran bu ideyanı dəyərləndirir. Belə bir formatın yaranması regionun hazırkı durumunda üç ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir”.

H.Ruhani deyib ki, bu üç ölkə ortaq geosiyasi mövqeyə malikdir, eyni fürsətlər və təhdidlərlə qarşılaşır və bu təhdidlər müştərək anlaşmanı daha da vacib edir:

“İran hesab edir ki, dünyanın indiki vəziyyətində bir ölkə müxtəlif təhdidlərə qarşı təkbaşına mübarizə aparmağı bacarmayacaq. Hər ölkənin rifahı üçün əməkdaşlığın olması vacibdir. İranın xarici siyasəti başqa ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq, qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurmağa əsaslanır. Biz bu sahədə danışıqların faydalı olduğunu hesab edirik”.

1news.az

Paylaş:
529

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər