Paytaxtda ağır yol qəzası baş verib, bir nəfər ölüb

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.
1news.az "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi "Man " markalı yük avtomobilin yarımqoşqusuna dəyib.
Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına aparılıb, lakin onun həyatını xilas eləmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
71












