Bakıda yataqxananın tavanı çöküb: yaralananlar var
Bakının Xəzər rayonu ərazisində yataqxanalardan birində uçqun hadisəsi baş verib.
1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şüvəlan qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı “Energetika yataqxanası”nda baş verib.
Axşam saatlarında yataqxanadakı otaqlardan birinin tavanı uçub. Hadisə nəticəsində otaqda məskunlaşan ailənin iki üzvü - Şəhla Məmmədova və 5 yaşlı uşaq xəsarət alıb. Tavandan qopan beton parçası 5 yaşlı uşağın başına düşüb. Ağır xəsarət alan yaralılar xəstəxanaya çatdırılıblar.
Məlumata görə, hadisə baş verən yataqxana uzun illərdir qəzalı vəziyyətdədir.
1news.az
293