“Neftçi” və “Sumqayıt” mövsümə qələbə ilə başladı, “Qarabağ” məğlub oldu – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” və “Sumqayıt” mövsümə qələbə ilə başladı, “Qarabağ” məğlub oldu – VİDEO

11:28 - 08 / 08 / 2016
“Neftçi” və “Sumqayıt” mövsümə qələbə ilə başladı, “Qarabağ” məğlub oldu – VİDEO

Avqustun 6-da futbol üzrə Azərbaycan çempionatında 2016/17 mövsümünə start verilib.

1news.az-ın məlumatına görə, yubiley – 25-ci birinciliyin açılış turununun ilk oyun günündə iki qarşılaşma baş tutub.

İlk olaraq meydana AZAL-la “Neftçi” komandaları çıxıb. “AZAL Arena”da keçirilən matç 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Günün ikinci qarşlaşması isə Zirə İdman Kompleksinin stadionunda oynanılıb. Səfərdə “Zirə”nin qonağı olan “Sumqayıt” vurduğu yeganə qolla aktivinə 3 xal yazdırıb.

Turun ikinci oyun günündə azarkeşlər bir qarşılaşmaya şahidlik ediblər. Ölkə çempionu “Qarabağ”ı qonaq edən “İnter” hesabda geri düşsə də, sonradan rəqibin qapıdına iki dəfə yol tapmaqla oyundan qələbə ilə ayrılmağı bacarıb.

Qeyd edək ki, bu gün turun son qarşılaşması baş tutacaq. Belə ki, “Qəbələ” öz meydanında “Kəpəz”i qonaq edəcək. “Dalğa Arena”da keçiriləcək görüşə saat 19:00-da start veriləcək.

Topaz Premyer Liqası

I tur

6 avqust (şənbə)

AZAL – “Neftçi” - 0:2

Qollar: Elvin Bədəlov, 60, Rəhman Hacıyev, 70

Qırmızı vərəqələr: Ruslan Nəsirli, 37 - Jairo, 37

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim inspektor: Asim Xudiyev

“AZAL Arena”

“Zirə” – “Sumqayıt” - 0:1

Qol: Vaqif Cavadov, 74

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim inspektor: Füzuli Nəcəfov

Zirə İdman Kompleksinin stadionu

7 avqust (bazar)

“İnter” – “Qarabağ” - 2:1

Qollar: Ruslan Abışov, 69, 74 - Reynaldo, 10

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim inspektor: Məlik Həsənov

“İnter Arena”

1news.az

Paylaş:
672

Sizin üçün xəbərlər

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər